Ötən gün Yevlaxda 20 yaşlı qızın üzərinə daş hasar aşması nəticəsində ölüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Yevlaxda İnternat Məktəbi adlanan ünvanda baş verib.
Şəhər sakini 2005-ci il təvəllüdlü Hüseynova Nərmin Rafiq qızı yaşadığı ünvanda daş hasarın üzərinə aşması nəticəsində həyatını itirib. N.Hüseynova subay olub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Qarabağ bürosu