Oruc tutan futbolçular cərimələndi - Azərbaycan futbolunda QALMAQAL

"Haypers" II Liqada mövsümün ikinci yarısına pis başlayıb. "Şəmkir"i qəbul edən Quba komandası doğma publikanı məyus edib.

Bizim.Media xəbər verir ki, Vidadi Cəfərovun dubluna mane ola bilməyən ev sahibləri 90 dəqiqəni 1:2 hesablı məğlubiyyətlə başa vurub.

I Liqaya vəsiqə qazanmaq iddiasında olan kollektivin bu yenilgidən mənfi mənada hədsiz təəsirləndiyini söyləməliyik. Klub rəhbərliyi azarkeşlərin "kefinə soğan doğrayan" futbolçuları cəzalandırıb.

Necə?

Martın 1-də, yəni, Ramazan ayının ilk günü meydana çıxanların hamısı cəriməyə məruz qalıb. Oyunçuların bir qismi orucunu pozmadan yaşıl sahəyə ayaq basdıqları üçün onların qəzəbinə tuş gəlibsə, digərləri bu halı bilib, idarəçilərə məlumat vermədiyindən cərimələnib.

Məlum olub ki, yönətim Ramazan vaxtı keçirilən oyun günlərində oruc tutmamaları üçün kollektiv üzvlərinə öncədən xəbərdarlıq edib. Qısacası, futbolçular bu qərara sözlü şəkildə etiraz bildirməsələr də, tapşırığa əməl etməyiblər - göstərişi qulaqardına vurublar.

Burada bir məqama da diqqət yetirmək lazımdır - hazırda "Şəmkir"i çalışdıran Vüqar Nadirovun baş məşqçi kimi ilk iş yeri "Haypers" olub. Şimal təmsilçisinə Region Liqasının gümüş medallarını qazandıran, daha sonra pley-off oyunlarına "Şəfa"ya qalib gələrək II Liqaya yüksəldən gənc mütəxəssis ötən ilin noyabrında buradan ayrılıb. Özü də deyə-gülə yox, ciddi narazılıq və qalmaqalla. Odur ki, bu matç həm onun, həm də “Haypers”in rəhbərliyindən ötrü ikiqat prinsipiallıq daşıyırdı. (sportinfo)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qusarda yağış 34 kəndi işıqsız qoydu – Rayonda SON DURUM – VİDEO

Qusarda yağış 34 kəndi işıqsız qoydu – Rayonda SON DURUM – VİDEO

Vens yadplanetlilərdən DANIŞDI – “Şeytanın hiyləsidir” – VİDEO

Vens yadplanetlilərdən DANIŞDI – “Şeytanın hiyləsidir” – VİDEO

Uzunqulaqların sayı kəskin azalıb: Səbəb nədir? – VİDEO

Uzunqulaqların sayı kəskin azalıb: Səbəb nədir? – VİDEO

Körpülər uçdu, yol bağlandı – Qubada son VƏZİYYƏT – VİDEO

Körpülər uçdu, yol bağlandı – Qubada son VƏZİYYƏT – VİDEO

SON DƏQİQƏ! Husilər də müharibəyə QOŞULDU – İsrailə ilk ZƏRBƏ

SON DƏQİQƏ! Husilər də müharibəyə QOŞULDU – İsrailə ilk ZƏRBƏ

ADY-dən qatarların qrafiki ilə bağlı sərnişinlərə MÜRACİƏT

ADY-dən qatarların qrafiki ilə bağlı sərnişinlərə MÜRACİƏT

“Sədərək” ticarət mərkəzini də su basdı – VİDEO

“Sədərək” ticarət mərkəzini də su basdı – VİDEO

Şəkidə GÜCLÜ YANĞIN – Evlər yararsız hala düşdü – FOTO

Şəkidə GÜCLÜ YANĞIN – Evlər yararsız hala düşdü – FOTO

Bir zamanların ulduzu idi - Bu çıxışı ilə hər kəsi göz yaşlarına boğdu – VİDEO

Bir zamanların ulduzu idi - Bu çıxışı ilə hər kəsi göz yaşlarına boğdu – VİDEO

Şəkidə AĞIR QƏZA – Ölən və yaralanan var

Şəkidə AĞIR QƏZA – Ölən və yaralanan var

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümüdür – VİDEO

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümüdür – VİDEO

İran raketlərinin hədəfinə çevrilən Bəhreyndə ETİRAZLAR BAŞLADI – VİDEO

İran raketlərinin hədəfinə çevrilən Bəhreyndə ETİRAZLAR BAŞLADI – VİDEO

Bu ərazilərə qar yağdı – FOTO/VİDEO

Bu ərazilərə qar yağdı – FOTO/VİDEO

Trampdan NATO ölkələrinə SƏRT MESAJ – VİDEO

Trampdan NATO ölkələrinə SƏRT MESAJ – VİDEO

Onlara da tələbə kartı veriləcək – VİDEO

Onlara da tələbə kartı veriləcək – VİDEO

"Həyat yoldaşımı paylaşmıram, göz dəyər"

"Həyat yoldaşımı paylaşmıram, göz dəyər"

Tramp HƏDƏF GÖSTƏRDİ – Növbədə bu ölkə var – VİDEO

Tramp HƏDƏF GÖSTƏRDİ – Növbədə bu ölkə var – VİDEO

Bu bürclər çoxlu pul, yeni iş təklifləri alacaq

Bu bürclər çoxlu pul, yeni iş təklifləri alacaq

Yanından ötüb-keçirik, amma şəfa mənbəyidir — İmmuniteti gücləndirir

Yanından ötüb-keçirik, amma şəfa mənbəyidir — İmmuniteti gücləndirir

Bakıda su basmış ərazilərdən sakinlər belə təxliyə olundu – VİDEO

Bakıda su basmış ərazilərdən sakinlər belə təxliyə olundu – VİDEO

"Atletiko"nun Simeone ilə bağlı QƏRARI

"Atletiko"nun Simeone ilə bağlı QƏRARI

Bakıda evdən meyit TAPILDI

Bakıda evdən meyit TAPILDI

DİN: 30 cinayətin üstü açılıb, 38 nəfər saxlanılıb

DİN: 30 cinayətin üstü açılıb, 38 nəfər saxlanılıb

Liqa 1-də qiyməti ƏN ÇOX ARTAN futbolçular

Liqa 1-də qiyməti ƏN ÇOX ARTAN futbolçular

End of content

No more pages to load

RADİO