Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, onu dövlət başçısı kimi əvəzləmək, eləcə də mümkün seçkilərdə iştirakının qarşısını almaq heç də asan olmayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “russian.rt.com” saytı yazıb.
Bundan əvvəl Zelenski “Fox News” telekanalına müsahibəsində Ağ Evdə ABŞ prezidenti Donald Trampla mübahisədən sonra istefa verib-verməyəcəyi sualına birbaşa cavab verməmişdi.
Xatırladaq ki, Zelenskinin prezident kimi səlahiyyət müddəti təxminən bir il əvvəl başa çatıb.
Bizim.Media