Ukrayna Prezidenti Volodimir Zelenski ordunun Birləşmiş Qüvvələrinin komandanı, briqada generalı Andrey Qnatovu vəzifəsindən azad edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Zelenski Sərəncam imzalayıb.
Qnatov bu vəzifəyə 24 iyun 2024-cü ildə təyin olunmuşdu. O, daha əvvəl Nikolayev və Baxmut müdafiəsində iştirak edib və ön cəbhədə mühüm rol oynayıb.
Onun işdən azad olunma səbəbləri açıqlanmır.
Bizim.Media