Rusiyanın Xabarovsk vilayətində 18 turistin olduğu qayıq aşıb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Xabarovskdan 160 kilometr cənub-şərqdə, Katen çayı üzərində ucqar bir ərazidə baş verib.
Qayığın aşması nəticəsində bir qadın dünyasını dəyişib. Onun cəsədi yerli balıqçılar tərəfindən çıxarılıb.
Digər turistlərin təhlükəsiz olduğu vurğulanır. Rayon prokurorluğu turizm xidmətlərinin göstərilməsində qanunvericiliyin icrası və təhlükəsizlik tələblərinə uyğunluğu araşdırır.
Turistlərin və ölən qadının hansı ölkə vətəndaşı olduğu haqda məlumat verilmir.
Alçina Amilqızı, Bizim.Media