İstanbulda ötən gündən yağan güclü qar həyatı iflic edib.
Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, qar Şimali Mərmərə şossesi, İstanbul hava limanı, Başakşehir və Arnavutköy ətrafında daha çox yağıb. Bu səbəbdən nəqliyyat vasitələri saatlarla yolda qalıb.
İşdən sonra evlərinə getmək istəyən vətəndaşlar məcburən metro dayanacaqlarına axın edib. Nəticədə izdiham yaşanıb.
İstanbul Valiliyi vətəndaşlara zərurət olmadıqca küçəyə çıxmamaq, şəxsi avtomobildən istifadə etməmək, qar təkəri olmayan şəxsi avtomobillərlə hərəkətə çıxmamaq barədə xəbərdarlıq edib.
Bizim.Media