Rusiyanın yeddi hava limanında “Kavyor” planı tətbiq olunub.
Bizim.Media “SHOT”-a istinadən xəbər verir ki, həmin aeroportlara təyyarələrin eniş və uçuşu qadağan edilib.
Məlumata görə, Həştərxan, Vladiqafqaz, Volqoqrad, Qroznı, Kaluqa, Saratov və Ulyanovsk aerportlarında sözügedən qadağa tətbiq olunub.
“Kavyor” əməliyyatının başlamasına səbəb kimi Rusiyanın hava məkanından pilotsuz uçuş aparatlarının olması göstərilir.
Bizim.Media