Pakistanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifə Türkiyənin yerli istehsalı olan "Togg" avtomobili hədiyyə edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Şahbaz Şərif avtomobilə əyləşərək onu idarə edib.
Qeyd edək ki, Ərdoğan son günlər Malayziyanın baş naziri Ənvər İbrahimə və İndoneziya Prezidenti Prabovo Subiantoya da “Togg” bağışlayıb.
Bizim.Media