“Türkiyə Qara dənizdə böyük yeni təbii qaz yatağı kəşf edib. Ərdoğan bu haqda açıqlama verəcək”.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Bloomberg agentliyi yayıb.
Mənbə yazır ki, hazırda türk tədqiqat gəmisi freqatların köməyi ilə ərazidə işləyir.
İlk qaz yatağı keçən il tapılıb. O vaxt Fatih türk qazma gəmisi ehtiyatları 320 milyard kubmetr olduğu təxmin edilən böyük bir qaz yatağı aşkar edib.
Bizim.Media