13 il əvvəl Dəməşqdə generalları kim öldürmüşdü? - Mahir Əsədin baldızı sirləri açdı - FOTO

2012-ci ilin iyulunda Bəşər Əsəd rejiminə qarşı qiyam başlayandan təxminən bir il sonra Dəməşqin mərkəzində Milli Təhlükəsizlik Şurasının binasında güclü partlayış baş verdi.

Nəticədə Suriya diktatorunun bacısının əri, həmçinin silahlı qüvvələrin baş komandanının müavini, general Asif Şövkət, müdafiə naziri Davud Raca, fövqəladə hallar naziri Həsən Türkmani və bir neçə yüksək rütbəli məmur həlak oldu. Daxili işlər naziri Məhəmməd Şaar və bir sıra digər yüksək rütbəli məmurlar yaralandı.

KİV yazırdı ki, yaralananlar arasında Bəşər Əsədin qardaşı, Suriya ordusunun qəddarlığı ilə tanınan 4-cü Tank Diviziyasının komandiri general Mahir Əsəd də var.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, partlayış Dəməşq ətrafında üsyançılarla rejim qüvvələri arasında şiddətli döyüşlərin getdiyi, Əsədin hakimiyyətdən getmə təhlükəsinin reallaşdığı bir vaxtda baş vermişdi.

Suriya dövlət televiziyası Əsədin kürəkəni də daxil olmaqla yüksək rütbəli məmurların “xarici dövlətlərin dəstəklədiyi terrorçu qüvvələr” tərəfindən həyata keçirilən kamikadze hücumu nəticəsində həlak olduğunu təsdiqləmişdi. Bundan başqa heç bir təfərrüat verilməmişdi.

Bəzi məlumatlara görə, partlayış hərbçilərlə təhlükəsizlik rəsmilərinin görüşü zamanı kamikadze tərəfindən həyata keçirilib. Əsəd rejiminə yaxın mənbələr binaya bombanın əvvəlcədən yerləşdirilə biləcəyini iddia edirdi.

Əsədin bacısı Büşra ilə evli olan Şövkət prezidentin yaxın çevrəsinin ən qorxulu simalarından biri olub və Anisa klanının nüfuzlu matriarxının dəstəyini qazanıb. O, Əsədin özü və qardaşı Mahirlə birlikdə rejimin üç əsas fiqurundan biri idi. Suriya təhlükəsizlik xidmətinin rəhbəri kimi bütün hərbi və kəşfiyyat əməliyyatlarında həlledici rol oynayıb.

2012-ci il may ayının sonlarında Şövkət aşpazın onun və MTN-in digər əsas əməkdaşları üçün hazırlanmış yeməklərə zəhər qatması ilə zəhərləməsi cəhdindən sağ qurtulub.

Şövkət həm də İran və Hizbullah ilə əsas vasitəçi idi. Üsyan başlayandan bəri o, əsas strategiya görüşlərinə rəhbərlik edib və rejimin artan narazılığa qarşı barışmaz və aqressiv hərbi reaksiyasına rəhbərlik edib.

Partlayışdan təxminən 13 il və Əsəd rejiminin son süqutundan bir neçə ay sonra hadisənin tam olaraq necə baş verdiyi və arxasında kimin dayandığı ilə bağlı sensasion detallar ortaya çıxıb. Mahir Əsədin həyat yoldaşının bacısı Məcd Cadanın sözlərinə görə, partlayışı rejimin özü təşkil edibmiş.

Cadanın Əsəd ailəsi ilə münasibətləri üsyandan bir neçə il əvvəl artıq pisləşmişdi. O, Suriyanı tərk edərək İordaniyada sığınacaq alıb. Lakin Əsədin devrilməsindən bir neçə ay sonra o, Dəməşqə qayıdıb və Əl Ərəbiyyə telekanalına verdiyi müsahibədə 2012-ci ilin iyulunda baş verənlərin təfərrüatlarını açıqlayıb.
 

Onun sözlərinə görə, Mahir Əsəd həmin partlayışda nəinki xəsarət almayıb, həm də onun təşkilatçılarından biri olub. Cadan iddia edir ki, Asəf Şövkət bu müddət ərzində ABŞ hökuməti ilə gizli əlaqədə olub, hərbi çevriliş, Əsədi devirmək və hakimiyyəti ələ keçirmək üçün başqa vasitələr planlaşdırıb.


Sui-qəsddən xəbər tutan Mahir Əsəd Şövkəti və çevrilişin digər yüksək rütbəli iştirakçılarını məhv etmək üçün xüsusi əməliyyat təşkil edib.

Cadan bildirib ki, partlayış nəticəsində müdafiə naziri Davud Raca və Asəf Şövkət yerindəcə həlak olub, digərləri isə yaralanıb və sonradan rəsmi olaraq ölü elan edilib.

Onun sözlərinə görə, partlayış baş verən zaman otaqda cəmi beş nəfər - üsyanı yatırmaq üçün Bəşər Əsəd tərəfindən 2011-ci ildə yaradılan “Böhran Qərargahı”nın üzvləri olub.

Məcd Cadan Mahir Əsədin hazırda harada olduğunu bilmədiyini, lakin onun Rusiyada yaşadığını güman etdiyini deyib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gədəbəydə QƏZA: Yaralananlar var

Gədəbəydə QƏZA: Yaralananlar var

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

End of content

No more pages to load

RADİO