Qırğızıstanın keçmiş baş naziri Omurbek Babanov korrupsiyada şübhəli bilinərək iki ay müddətinə həbs olunub.
Bizim.Media "Ria Novosti"yə istinadla xəbər verir ki, bu barədə Bişkek məhkəməsində bildirilib.
Qeyd edək ki, keçmiş baş nazir "Kumtor" qızıl mədəninin işlənməsi layihəsinin həyata keçirilməsindəki korrupsiyada şübhəli bilinir. O, 31 may tarixində xüsusi xidmət əməkdaşları tərəfindən saxlanılıb.
Bizim.Media
