ABŞ prezidenti Donald Tramp Somalidə İŞİD terrorçularının yerləşdiyi hədəflərə hava zərbələri endirilməsi əmri verdiyini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, Tramp həmçinin bu hücumlar nəticəsində mülki vətəndaşların xəsarət almadığını qeyd edib.
“Mağaralarda gizlənən bu qatillər ABŞ-ni və müttəfiqlərimizi təhdid edirdi. İŞİD-ə və amerikalılara hücum edəcək hər kəsə mesaj belədir: “Biz sizi tapıb öldürəcəyik!””, - deyə ABŞ lideri özünün “Truth Social” hesabında yazıb.
Bizim.Media