Ukraynanın Kiyev şəhərində quldurluqda ittiham olunan azərbaycanlı Əfrəs Qüddəsər oğlu Məmmədsoy İrpen rayon məhkəməsinin zalından qaçıb.
Bizim.Media xəbər verir ki, o, nəzarətçilərin bir anlıq diqqətsizliyindən istifadə edərək qaça bilib. Onun barəsində dərhal axtarış elan edilib.
Bir gün sonra Əfrəs Məmmədsoy Kiyev yaxınlığındakı meşəlikdə ələ keçib. (Lent.az)
Bizim.Media