İsrailin yeni prezidenti seçilib.
Bizim.Media İsrail mətbuatına istinadən xəbər verir ki, Knessetdəki səsvermə nəticəsində İsaak Herzoq İsrailin 11-ci prezidenti seçilib.
Qeyd edək ki, bu il hazırkı prezident Reuven Rivlinin səlahiyyət müddəti başa çatır. Xatırladaq ki, İsaak Herzoq İsrailin sabiq Prezidenti Çaim Herzoqun oğludur.
Bizim.Media