Çində bu gün Yeni ilin ilk günüdür - FOTO

Şərq xalqlarının ay təqvimi ilə bu gün Yeni ilin ilk günüdür.

Bizim.Media xəbər verir ki, Yeni ilin başlaması Şərqi Asiya ölkələrində, xüsusən də Çində böyük təmtəraqla qeyd olunur. Çində bu hadisə həm də yaz festivalı adlanır.

Çin xalqının tarixində ən qədim, məzmun baxımından ən zəngin və ən geniş təsirə malik ənənəvi bayramlarından biri olan Yaz festivalı bir neçə min ildir qeyd edilir. Çin zodiak sisteminə əsasən, bu il ilan ilidir. İlan qorxu və qəddarlığın rəmzi olsa da, insanlar elə də bədbin deyillər. Çünki Çin mədəniyyətində ilan həm də hakimiyyətin sevimli simvolu olan əjdaha ilə əlaqələndirilir, başqa sözlə “İlan ili” həm də “Kiçik əjdaha ili” adlandırılır.

Çinlilərin ən əziz bayramı olan Yaz festivalı bir çox ənənələri və ayinləri ilə də zəngindir. Bahar festivalı tarixi, mədəni irsi, həmçinin Çin sivilizasiyasının məğzini özündə ehtiva edir. İnsanlar köhnə illə vidalaşıb Yeni ili qarşılamaq üçün bir neçə gün əvvəldən hazırlığa başlayır, hədiyyələr alır, bayramın rəmzlərini əks etdirən suvenirlər hazırlayırlar.

Yaz festivalında evlər, küçə və meydanlar, parklar kağızdan hazırlanmış qırmızı fənərlərlə bəzədilir, qapı və pəncərələr qırmızı rənglə boyadılır. Bayram günü qırmızı geyinmək də növbəti ildə uğurlara yol açır.

Yaz festivalı ilə əlaqədar bütün ölkəboyu şənliklər, mərasimlər təşkil olunur. Bu mərasimlərdə Çin tarixi, mədəniyyəti, fəlsəfəsi səhnələşdirilmiş şoular, milli musiqi, rəqslər vasitəsilə təqdim olunur. Budəfəki yaz festivalı xüsusilə əlamətdardır. Çünki bu ilki yaz festivalı həm də Çin Yeni ilinin UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilməsindən sonra ilk bayramdır.

Yaz festivalı 15 gün davam edir və həmin müddətdə süfrəyə qoyulan hər bir yeməyin öz mənası var. Adətə görə bayram süfrəsində boş yer olmamalıdır.

Yeni il süfrəsində əsas xörək Çin düşbərəsidir. Bunun əsas səbəbi odur ki, Yeni il gecəsində bıçaqdan istifadə etmək olmaz. Yerli inanca görə, bıçaqdan istifadə edənlər, özü də bilmədən, bıçaqla öz xoşbəxtliyini zədələyə bilərlər. Düşbərəni isə bıçaqsız yemək olar.

Çinlilər bayram günlərində ailəcə süfrə arxasında toplaşmağa çox üstünlük verirlər. Ona görə bu bayram həm də ailə həmrəyliyi bayramı hesab olunur. Müxtəlif səbəblərdən ailəsindən, doğmalarından kənarda yaşayanlar, xüsusən də miqrant işçilər bu bayramda evlərinə baş çəkirlər. Çin Yeni ili bayramı dünyada ən böyük daxili səyahət dövrü hesab olunur.

Səlahiyyətli qurumların proqnozlarına görə bayram günlərində ölkə daxilində ictimai və fərdi nəqliyyat vasitələri ilə 9 milyard səfər qeydə alınacaq. Bura turizm məqsədli səyahətlər də daxildir. Buna görə də ictimai nəqliyyata tələbat çoxalır. Əslində bayram səyahəti dövrü Yeni il günündən 15 gün əvvəl başlayır və təxminən 40 gün davam edir. Ölkədaxili səfərlərlə yanaşı xaricə səyahətlərdə də artır.

Qeyd edək ki, Çində bayram tətili rəsmi olaraq 8 gün olsa da, xüsusən özəl sektorda tətil bir aya yaxın davam edir. Ay təqvimi üzrə Yeni il Çin ilə yanaşı, Şərqi Asiyanın digər ölkələrində, o cümlədən Yaponiyada, Koreyada, Vyetnamda, Sinqapurda da böyük təmtəraqla qeyd olunur.
Son illər yaz festivalının ən əlamətdar hadisələrindən bir də Çin Mərkəzi Televiziyasının (CCTV) bayram axşamı təşkil etdiyi qala-konsertdir. 1983-cü ildən bəri təşkil olunan konsertdə tanınmış incəsənət ustaları və xaricdən dəvət olunan qonaqlar çıxış edirlər. Çin Mərkəzi Televiziyasının Yeni il qala-konserti dünyada ən çox tamaşaçının izlədiyi televiziya proqramı hesab olunur. Söhbət televiziya və sosial media üzrə bir milyarddan çox tamaşaçıdan gedir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uitkoff İlham Əliyev barədə: “O, ölkəsini dəyişdirən xüsusi liderdir” - VİDEO

Uitkoff İlham Əliyev barədə: “O, ölkəsini dəyişdirən xüsusi liderdir” - VİDEO

ABŞ-da milyonlarla insan Trampa qarşı etiraza çıxdı - VİDEO

ABŞ-da milyonlarla insan Trampa qarşı etiraza çıxdı - VİDEO

Pezeşkian ABŞ-la danışıqların aparıldığını ilk dəfə təsdiqlədi

Pezeşkian ABŞ-la danışıqların aparıldığını ilk dəfə təsdiqlədi

11 min hədəf, 150-dən çox gəmi - CENTCOM hesabat verdi

11 min hədəf, 150-dən çox gəmi - CENTCOM hesabat verdi

Bu gecə İranın böyük şəhərləri bombalandı - VİDEO

Bu gecə İranın böyük şəhərləri bombalandı - VİDEO

Türkiyə dünya çempionatına vəsiqə qazanacaq?

Türkiyə dünya çempionatına vəsiqə qazanacaq?

Smartfonun batareyasına zərər verən 4 məşhur mif

Smartfonun batareyasına zərər verən 4 məşhur mif

Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı - VİDEO

Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı - VİDEO

Bugün də intensiv yağış yağacaq

Bugün də intensiv yağış yağacaq

Pentaqon İranda quru əməliyyatlara hazırlaşır - FOTO

Pentaqon İranda quru əməliyyatlara hazırlaşır - FOTO

Roma Papası Monakoya getdi - Son 500 ildə ilk dəfə - FOTO

Roma Papası Monakoya getdi - Son 500 ildə ilk dəfə - FOTO

Yanacaq bahalaşdı - Sürücülər etiraz etdi

Yanacaq bahalaşdı - Sürücülər etiraz etdi

Bu ölkədə uşaqlar sosial şəbəkəyə girə bilməyəcək

Bu ölkədə uşaqlar sosial şəbəkəyə girə bilməyəcək

Salah A Seriyasına qayıda bilər

Salah A Seriyasına qayıda bilər

Türkiyədə islah müəssisəsinin qadın müdirini öz işçisi öldürdü

Türkiyədə islah müəssisəsinin qadın müdirini öz işçisi öldürdü

Naxçıvanda 17 zəhərlənmə halı qeydə alınıb

Naxçıvanda 17 zəhərlənmə halı qeydə alınıb

Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı

Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı

Sosial mediadakı bu mövzular insanları xəstə edir

Sosial mediadakı bu mövzular insanları xəstə edir

Polşanın XİN başçısı: “Orbanı dəstəkləyən Moskvaya kömək edir”

Polşanın XİN başçısı: “Orbanı dəstəkləyən Moskvaya kömək edir”

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Tramp NATO-nun yenidən təşkilini nəzərdən keçirir - KİV

Tramp NATO-nun yenidən təşkilini nəzərdən keçirir - KİV

End of content

No more pages to load

RADİO