Tramp müttəfiqlərinə ÜZ ÇEVİRDİ – Rusiyanın növbəti hədəfi bu ölkə OLACAQ – DETALLAR

Donald Tramp Ağ Evə qayıdışı ilə Ukrayna müharibəsinin dayndırılması istiqamətində ilk rəsmi addımlarını atmağa başlayıb. Belə ki, Tramp ilk çıxışında Rusiyanı bu məsələdə sülhə çağırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Tramp Ukraynaya yardımı KƏSDİ – Rusiya daha hansı əraziləri ƏLƏ KEÇİRƏCƏK?


Ardınca xəbərdarlıq edib ki, Rusiya danışıqlara razılıq verməsə, ona qarşı daha sərt addımlara əl atacaq. Göründüyü kimi, Tramp Ukrayna məsələsini bitirmək istəyir.

Avropadan müharibə xəbərdarlığı

Ancaq bu ərəfədə ABŞ-ın müttəfiqi olan Almaniya Rusiyanın NATO-ya hücuma hazırlaşdığını deyir. Almaniyanın müdafiə naziri Boris Pistorius deyib ki, 2029-2030-cu illərdə Rusiya NATO ölkələrinə hücum etməyə çalışacaq.

“Rusiya silahlı qüvvələri 2026-cı ilə qədər çox güman ki, 1,5 milyon əsgərə qədər artacaq” – deyə nazir qeyd edib. Onun sözlərinə görə, bu səbəbdən Avropanın 2029-cu ilə qədər müdafiə qabiliyyətini təmin etməsi xüsusilə vacibdir.

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas isə Rusiyanın 2028-ci ilədək Aİ ölkələrindən birinə hücum edə biləcəyini vurğulayıb.

Yəni görünən odur ki, ABŞ Ukraynada sülhə nail olmağa çalışır. Lakin onun NATO üzrə müttəfiqləri Rusiyanın qurum ölkələrinə hücum edəcəyini proqnozlaşdırırlar. Bu da Qərb dünyasında Rusiyaya münasibət məsələsində ciddi parçalanmanın olduğundan xəbər verir.

ABŞ Aİ-ni Rusiya ilə üz-üzə buraxır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov deyir ki, Trampın andiçmə mərasimi ərəfəsi və son günlər səsləndirdiyi bəyanatlar ABŞ-la Avropa arasında ciddi fikir ayrılıqları yaradıb:

“ABŞ Prezidentinin Avropadakı müttəfiqlərindən hərbi xərcləri 5 faizə qədər artırmaq tələbi, onları rüsumlarla hədələməsi, Qrenlandiya, Kanada, Panamanı özünə birləşdirmək planları, Ukrayna barədə verdiyi bəyanatlar təbii ki, qarşı tərəflərdə ciddi təşvişlər yaradır. Bu məqamlar nəticədə NATO-nun zəifləməsinə gətirib çıxara bilər. Hətta ABŞ-ın NATO-dan çıxması da istisna deyil. Bu səbəbdən hələlik Qərb dünyasının parçalanması barədə danışmaq bir qədər tezdir. Ancaq işlər buna doğru gedir”.

Politoloqun fikrincə, Trampın Ukraynada müharibəni dayandırmaq planı reallıqdan uzaqdır:

“Onun Kiyevə təsiri nə qədər güclüdürsə, Moskvaya təsiri isə bir o qədər azdır. Bu səbəbdən Rusiyanı sülhə məcbur etmək real görünmür. Ona görə də Trampın bəyanatları daha çox daxili auditoriya və müttəfiqləri üçün nəzərdə tutulub”.

Rusiya NATO ölkələrinə hücuma hazırlaşır?

“Rusiyanın NATO-ya hücum edəcəyilə bağlı söylənilənlər də, reallıqdan uzaqdır. Əksinə, Rusiyanın əsas təhlükə törədəcəyi növbəti ölkə Moldova olacaq. Orada Rusiyanın hərbi qüvvəsi, habelə separatçı Dnestryanı bölgə var. Moldova özü də kifayət qədər zəif ölkədir. Onu işğal etmək asandır. Ona görə güman edirəm ki, növbəti mərhələdə Rusiya Moldovaya qarşı təcavüz edəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Ukrayna sülhə getdikcə daha da yaxınlaşır” - Donald Tusk

“Ukrayna sülhə getdikcə daha da yaxınlaşır” - Donald Tusk

Yeni il hədiyyə qutuları və məhsulları ilə bağlı ticarət obyektlərində yoxlamalar keçirilir - FOTO

Yeni il hədiyyə qutuları və məhsulları ilə bağlı ticarət obyektlərində yoxlamalar keçirilir - FOTO

“Kəlbəcər” tankerilə bağlı əməliyyat uğurla BAŞA ÇATDIRILDI

“Kəlbəcər” tankerilə bağlı əməliyyat uğurla BAŞA ÇATDIRILDI

Hər bürc üçün UĞURSUZ rəqəm

Hər bürc üçün UĞURSUZ rəqəm

Yol hərəkətində dəyişiklik edildi, yeni işıqforlar quraşdırıldı

Yol hərəkətində dəyişiklik edildi, yeni işıqforlar quraşdırıldı

“Barselona”nın prezidentinə qarşı dələduzluq İTTİHAMI

“Barselona”nın prezidentinə qarşı dələduzluq İTTİHAMI

Azərbaycandan kənarda yaradılmış cinayətkar birliyin üzvü olmaqda təqsirləndirilən şəxs HAKİM QARŞISINDA

Azərbaycandan kənarda yaradılmış cinayətkar birliyin üzvü olmaqda təqsirləndirilən şəxs HAKİM QARŞISINDA

Vardanyanın məhkəməsi TƏXİRƏ SALINDI

Vardanyanın məhkəməsi TƏXİRƏ SALINDI

Paytaxt yollarında TIXAC VAR

Paytaxt yollarında TIXAC VAR

BDU-nun 1 nömrəli tədris binası 23 milyon manata TƏMİR OLUNACAQ

BDU-nun 1 nömrəli tədris binası 23 milyon manata TƏMİR OLUNACAQ

Mahir Emrelidən maraqlı paylaşım - FOTO

Mahir Emrelidən maraqlı paylaşım - FOTO

Epşteyn sənədləri nədir? - İLGİNC FAKTLAR – FOTO

Epşteyn sənədləri nədir? - İLGİNC FAKTLAR – FOTO

Millət vəkili müəllim kimi fəaliyyətə başladı

Millət vəkili müəllim kimi fəaliyyətə başladı

İşdən çıxarılan başçı ilə bağlı YENİ FAKT

İşdən çıxarılan başçı ilə bağlı YENİ FAKT

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov İctimai Şuranın üzvlərini qəbul edib — FOTO

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov İctimai Şuranın üzvlərini qəbul edib — FOTO

“Nigarın elə söz dediyinə inanmıram”

“Nigarın elə söz dediyinə inanmıram”

Daha bir ölkə Avrozonaya daxil olur - Bu tarixdən

Daha bir ölkə Avrozonaya daxil olur - Bu tarixdən

Ucarda 14 nəfər zəhərləndi

Ucarda 14 nəfər zəhərləndi

Leyla Əliyevadan oğlu ilə bağlı paylaşım – FOTO

Leyla Əliyevadan oğlu ilə bağlı paylaşım – FOTO

Məmməd Alpay da məhkəmə qarşısına ÇIXACAQ

Məmməd Alpay da məhkəmə qarşısına ÇIXACAQ

Ukrayna ordusu Rusiyaya PUA-larla hücum etdi - Ölən və yaralananlar var

Ukrayna ordusu Rusiyaya PUA-larla hücum etdi - Ölən və yaralananlar var

İsmayıl Vəliyev azadlığa buraxıldı

İsmayıl Vəliyev azadlığa buraxıldı

Sevinc Osmanqızının məhkəmə istintaqı başladı

Sevinc Osmanqızının məhkəmə istintaqı başladı

Prezident Energetika Nazirliyinə yeni səlahiyyət verdi

Prezident Energetika Nazirliyinə yeni səlahiyyət verdi

End of content

No more pages to load

RADİO