"Rusiya 2028-ci ildə Aİ ölkələrindən birinə hücum edə bilər".
Bizim.Media xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaja Kallas kəşfiyyat məlumatlarına istinadən EDA konfransında bildirib.
"Bir çox milli kəşfiyyat xidmətlərimiz bizə bildirir ki, Rusiya 3-5 il ərzində Aİ-nin müdafiə qabiliyyətini sınaqdan keçirə bilər", - Avropa diplomatiyasının rəhbəri deyib.
O, Aİ-nin müdafiə xərclərinin artırılmasını zəruri hesab edib:
"Putin yalnız “güc dilini” anlayır, əməkdaşlıq əvəzinə militarizasiyanı seçib".
Bizim.Media