Vaşinqton Trampın andiçmə mərasiminə hazırlaşır - FOTO

ABŞ-ın paytaxtı Vaşinqtonda yeni seçilmiş prezident Donald Trampın inauqurasiya mərasiminə hazırlıq işləri gedir.

Bizim.Media xəbər verir ki, 60-cı prezident seçkiləri ilə bağlı andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.

Həmin vaxt həm də ABŞ-da Martin Lüter Kinq gününə təsadüf etdiyindən, qeyri-iş günüdür.

Paytaxt Vaşinqtonun bütün küçələrində ABŞ bayrağı asılıb. Tədbirin keçiriləcəyi ABŞ Konqresinin yerləşdiyi Kapitol binasının qərb həyətində tədbir üçün son tamamlanma işləri gedir, təhlükəsizlik tədbirləri gücləndirilir, müxtəlif yerlərdə ekranlar quraşdırılır.

Andiçmə ilə bağlı rəsmi tədbirlər yanvarın 18-də başlayacaq. Andiçmə günü isə Kapitol binasında təhlükəsizlik xidməti saat 5:30-dan fəaliyyət göstərəcək, saat 9:30-dan etibarən musiqi səsləndiriləcək. Rəsmi andiçməyə isə yerli vaxtla saat 12:00-da start veriləcək.

Mərasim yeni seçilmiş vitse-prezident Ceyms Devid Vens və yeni seçilmiş prezident Donald Trampın and içməsi ilə başlayacaq.

Andiçmə gerçəkləşdikdən sonra Prezident Cozef Bayden və vitse-prezident Kamala Harris üçün yolasalma mərasimi baş tutacaq. Daha sonra Kapitoldakı Prezident otağında Trampın müxtəlif sənədlərə dair ilk imzalama mərasimi keçiriləcək. Ardınca Tramp Konqresin İnauqurasiya Mərasimləri üzrə Birgə Komitəsinin təşkil etdiyi naharda iştirak edəcək və daha sonra Pensilvaniya prospektində Prezident paradına baxışı keçiriləcək. Gün Ağ Evdə Oval Ofisdə imzalanma mərasimi ilə yekunlaşacaq.

Aparıcı televiziya kanalları və Ağ ev inauqurasiya mərasimini canlı yayımlayacaq.

Ümumilikdə andiçmə ilə bağlı tədbirlərdə 250 minə yaxın biletli qonaq iştirak edəcək.

İnauqurasiya mərasimində ABŞ-ın keçmiş prezidentləri Barak Obama, Corc Buş və Bill Klinton da qatılacaq. Həmçinin amerikalı milyarderlər Mark Zukerberq, Elon Mask və Ceff Bezos da mərasimi ön sırada izləyənlər arasında olacaq. Bununla yanaşı, dünyadan müxtəlif liderlərin və rəsmi şəxslərin andiçmə mərasimində iştirakı gözlənilir.

Hazırda Kapitol binasında keçmiş prezident Cimmi Karterin ölümü ilə əlaqədar bayraqlar yarıya qədər endirilib. Nümayəndələr Palatasının spikeri Mayk Conson bayraqların andiçmə mərasimi günü qaldırılacağını açıqlayıb.

Rəsmi olaraq andiçmə tədbirləri yanvarın 21-də yekunlaşacaq.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Əfqanıstanda daşqınlar: 17 ölü var

Əfqanıstanda daşqınlar: 17 ölü var

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

Gəncədə ağır qəza - 4 yaralı var - FOTO

Gəncədə ağır qəza - 4 yaralı var - FOTO

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

“Rasim Balayevin vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir”

“Rasim Balayevin vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir”

“Sonuncu dəfə yazmışdı ki…” - VİDEO

“Sonuncu dəfə yazmışdı ki…” - VİDEO

Netanyahu Livan ərazisi ilə bağlı BUNU ƏMR ETDİ

Netanyahu Livan ərazisi ilə bağlı BUNU ƏMR ETDİ

Son sutkada İrana 140 aviazərbə endirdilər

Son sutkada İrana 140 aviazərbə endirdilər

BƏƏ iranlıların yaşayış icazələrini ləğv etdi - Aktivlərini blokladı

BƏƏ iranlıların yaşayış icazələrini ləğv etdi - Aktivlərini blokladı

“Qarabağ” xanım azarkeşləri üçün girişi pulsuz etdi

“Qarabağ” xanım azarkeşləri üçün girişi pulsuz etdi

Laçında kanat yolu istifadəyə verilir - FOTO - VİDEO

Laçında kanat yolu istifadəyə verilir - FOTO - VİDEO

Masazırda əsas yolun bir hissəsi uçdu - VİDEO

Masazırda əsas yolun bir hissəsi uçdu - VİDEO

Universitetlər paytaxtdan çıxarılır - VİDEO

Universitetlər paytaxtdan çıxarılır - VİDEO

Pensiyanız yenidən hesablana bilər - QAYDASI BELƏDİR

Pensiyanız yenidən hesablana bilər - QAYDASI BELƏDİR

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

Sürücülərin DİQQƏTİNƏ: 40 manat CƏRİMƏ gözləyir

Sürücülərin DİQQƏTİNƏ: 40 manat CƏRİMƏ gözləyir

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

Misirin keçmiş XİN başçısı Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçildi

Misirin keçmiş XİN başçısı Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçildi

Hamı bu VİDEODAN danışır

Hamı bu VİDEODAN danışır

End of content

No more pages to load

RADİO