Cənubi Koreya Prezidenti həbs edildi - YENİLƏNİB/VİDEO

Hüquq-mühafizə orqanları Koreya Respublikasının Prezidenti Yun Sok Yolu həbs ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi məlumat yayıb.

Dövlət başçısı qiyam təşkil etməkdə şübhəli bilinir.

 

05:56

Cənubi koreyalı müstəntiqlər ölkə Prezidenti Yun Sok Yolu həbs etmək üçün yerli vaxtla səhər saat 7:30-da onun iqamətgahına daxil olub.

Bizim.Media xəbər verir ki, Cənubi Koreya televiziya kanalları müstəntiqlərin iqamətgaha daxil olmasını canlı yayımlayıb. Prezidentin təhlükəsizlik xidməti və hakim partiyanın deputatları mane olmağa çalışsa da, müstəntiqlər polisin dəstəyi ilə iqamətgaha girə biliblər. Bundan başqa, sarayın ətrafına Prezident Yun Sok Yolu dəstəkləyən 7 minə yaxın adam toplaşıb. Polislərə prezidenti dəstəkləyənlər arasında fiziki toqquşmalar da olub. Hətta orta yaşlı bir qadının xəsarət aldığı bildirilir. Bu, ölkədə hərbi rejimin elanı ilə əlaqədar qiyama cəhd şübhəsi ilə başlanmış təhqiqat çərçivəsində dövlət başçısını saxlamaq üçün 2-ci cəhddir.

Yanvarın 3-də istintaq qrupu iqamətgaha gələrək Prezidenti saxlamağa cəhd etsə də, təhlükəsizlik xidmətinin müqaviməti nəticəsində mümkün olmayıb. Yanvarın 14-də polis, istintaq qrupu və prezidentin təhlükəsizlik xidməti həbs orderinin icrasını müzakirə etmək üçün 2 dəfə görüşüb.

Qeyd edək ki, Prezident Yun Sok Yol müxalifəti qiyam təşkilinə yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də ölkədə hərbi vəziyyət elan edib. Amma müxalifətin üstünlük təşkil etdiyi parlamentin hərbi vəziyyətin ləğvi ilə bağlı qətnamənin qəbulundan sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib. Müxalifət bununla kifayətlənməyərək parlamentdə Prezidentin impiçmentinə dair qərarın qəbuluna nail olub. İmpiçmentdən sonra ölkədə qiyama cəhd şübhəsi ilə istintaq başlayıb. Prezidentin ölkədən çıxışına qadağa qoyulub. Yun Sok Yol istintaqın çağırışlarına məhəl qoymadığı üçün Seul məhkəməsi Prezidentin həbsi ilə əlaqədar order verib.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Əfqanıstanda daşqınlar: 17 ölü var

Əfqanıstanda daşqınlar: 17 ölü var

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

Gəncədə ağır qəza - 4 yaralı var - FOTO

Gəncədə ağır qəza - 4 yaralı var - FOTO

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

“Rasim Balayevin vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir”

“Rasim Balayevin vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir”

“Sonuncu dəfə yazmışdı ki…” - VİDEO

“Sonuncu dəfə yazmışdı ki…” - VİDEO

Netanyahu Livan ərazisi ilə bağlı BUNU ƏMR ETDİ

Netanyahu Livan ərazisi ilə bağlı BUNU ƏMR ETDİ

End of content

No more pages to load

RADİO