Çində ailələrin 3 uşağa sahib olmasına icazə verilib.
Bizim.Media “Xinhua” agentliyinə istinadən verdiyi xəbər verir ki, bununla bağlı Çin Xalq Respublikası Mərkəzi Komitəsinin Siyasi Bürosu qərar verib.
Buna səbəb Çində doğuşlarda dramatik azalma göstərilib. Qərarın qüvvəyə minəcəyi tarix hələ ki, açıqlanmayıb.
Qeyd edək ki, 2016-cı ilə qədər Çində cütlüklərə yalnız 1 uşağın olmasına icazə verilib. 2016-cı ildə isə bu qərara dəyişiklik edilib və bu rəqəm 1-dən 2-yə qaldırılıb.
Bizim.Media