Bu gün "Köhnə Yeni il"dir - Qeyd edən ölkələr...

Köhnə Yeni il qeyd etmək adəti Yuli təqviminin tətbiq olunduğu dövrdə yaranıb. Keçmişdə Rusiyada Yuli təqvimi istifadə edilərkən, Yeni ilin başlanğıcı 13 yanvar tarixinə təsadüf edirdi. 

Bizim.Media “musavat.com”a istinadən bu maraqlı ənənənin yaranması və onun tarixi haqqında faktları təqdim edir: 

Rusiya tarixində Yuli təqvimi ilə Qriqori təqvimi arasında fərqlilik yaranıb. Bu iki təqvim arasındakı 13 günlük fərq səbəbindən ruslar 13 yanvar tarixində Köhnə Yeni ili qeyd etməyə başladılar. 

Bu günün dini inanclarla əlaqəli olduğu da bəzi mənbələrdə qeyd olunur. Rusiya ilə yanaşı, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Serbiya, Monteneqro və hətta İsveçrədə də Köhnə Yeni il qeyd edilir. Sovet İttifaqı dövründə bu ənənə saxlanılmış və 13 yanvar rəsmi olaraq "Köhnə Yeni il" günü kimi qəbul edilmişdir. Bunun əsas səbəbi provaslav kilsəsinin dini günləri hələ də Yuli təqvimi ilə qeyd etməsidir. Müasir Yeni il isə provaslavlarda Milad bayramı kimi qeyd olunur. 
 

Dünyanın müxtəlif ölkələrində Köhnə Yeni ilin qeyd olunma tərzi fərqlənir. Bu fərqliliyin səbəblərindən biri, 31 dekabra nisbətən 13 yanvarın daha sakit və izdihamsız şəkildə qarşılanmasıdır. Həmçinin bu adət bəzi insanların təqvim dəyişikliyinə adaptasiya olmamasından qaynaqlanır. 


Köhnə Yeni ilin qeyd edilməsi özünəməxsus adət-ənənələrlə zəngindir. Məsələn, 13 yanvar gecəsi saat 2-də xüsusi südlü sıyıq hazırlanır.

Bu proses maraqlı mərasimlərlə müşayiət olunur: evin böyük xanımı anbardan düyü gətirir, yaşlı kişisi isə təmiz bulaq suyu ilə bu hazırlığa qatılır. Hər kəs sobanın isinməsini gözləyir və sonra masanın ətrafına yığışaraq sıyığın hazırlanmasını izləyir. Sıyıq ləzzətli alınarsa, bu, gələcək ilin bərəkətli və uğurlu olacağının əlaməti hesab olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Əfqanıstanda daşqınlar: 17 ölü var

Əfqanıstanda daşqınlar: 17 ölü var

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

End of content

No more pages to load

RADİO