Avropa İttifaqı Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri SƏRTLƏŞDİRDİ

Avropa Uçuş Təhlükəsizliyi Agentliyi (EASA) Avropa İttifaqı aviaşirkətləri və üçüncü ölkələrin aviadaşıyıcıları üçün Rusiya hava məkanından istifadə ilə bağlı tövsiyələri sərtləşdirib. 

Bizim.Media xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib. 

“EASA bütün uçuş səviyyələrində şərq uzunluğunun 60° qərbindəki Rusiya hava məkanında uçuşlardan çəkinməyi tövsiyə edir. Tövsiyə həmçinin EASA-dan təhlükəsizlik icazəsi almış xarici aviadaşıyıcılara da (üçüncü ölkə operatorları) şamil edilir”, – məlumatda deyilir. 
 
Tövsiyə 31 iyul 2025-ci ilədək qüvvədədir və yenidən nəzərdən keçirilə bilər. EASA Avropa Komissiyası ilə birlikdə Aİ və üçüncü ölkə operatorlarının risk təsirinə məruz qalmasını qiymətləndirmək üçün vəziyyəti diqqətlə izləməyə davam edəcək. 

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb. 

İlkin məlumata görə, təyyarə Rusiyanın hava məkanında Qroznı üzərində fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb. 

Prezident İlham Əliyev AzTV-ə müsahibəsində bəyan edib ki, birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir: 

“İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran ABŞ ilə danışıqlar barədə: “Qərarı biz verəcəyik”

Qazaxıstan rəsmisi: "Dindən şəxsi və eqoist məqsədlər üçün istifadə edənlər var"

Azərbaycan gələn il “Uşaq Avroviziyası”nda iştirak etməyəcək – Rəsmi açıqlama

Leyla Əliyevanın təşəbbüsü ilə daha bir çimərlik istifadəyə verildi - FOTOLAR

Bakıda mühüm GÖRÜŞ: İtkin düşmüş şəxslərin taleyi müzakirə olundu - FOTO

Dövlət yerli buğda tədarükünə başlayır – Şərtlər

Azərbaycan şahmatçılarının dünya reytinqində MÖVQEYİ AÇIQLANDI

750 milyardlıq saziş sabahdan QÜVVƏYƏ MİNİR

Bibisinin qızını bıçaqladı, əmisinin nəvəsini isə öldürdü - MƏHKƏMƏ – VİDEO

TDT-yə üzv ölkələrin dini qurumlarının rəhbərləri Şuşa Kommünikesini İMZALADILAR – FOTO

Bakıda 77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar DƏYİŞDİRİLİR

Samvel Karapetyan Kipr və Rusiya vətəndaşlığından niyə imtina etmir? – VİDEO

Trampın arzusu 500 milyona BAŞA GƏLƏCƏK - FOTO

Şuşa bu gün – “Danışan şəhər”in dəyişən siması – FOTO

400 min və 2 mənzil... - “QANPULU” DAVASI

Rusiyada yanacaq qiymətlərini belə GİZLƏTDİLƏR

Sərnişin təyyarəsi eniş edərkən dronla toqquşdu – FOTO

İlham Əliyev: “Venesuelada zəlzələdə çoxsaylı insan tələfatı bizi son dərəcə sarsıtdı”

“1xBet” platformasında qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - VİDEO

Elvinin “Qarabağ”dan gedişi YENİDƏN GÜNDƏMDƏ

"Ağlıma gəlməzdi ki, bu günləri görərəm" - VİDEO

XƏBƏRDARLIQ: Avropadakı anomal istilərdən relslər deformasiyaya uğrayır, asfalt əriyir

Rojerio Santos yenidən “Kəpəz”ə QAYIDA BİLƏR

Krımda yanacaq və işıq böhranı dərinləşir - Əhaliyə TƏCİLİ ÇAĞIRIŞ – VİDEO

End of content

No more pages to load

RADİO