ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Rusiyada insan hüquqlarına riayət olunması mövzusunu qaldırmaq niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
"Mən ona bu hüquqları pozmasına imkan verəcək mövqedə dayanmayacağımızı anladacam", -deyə ABŞ rprezidenti qeyd edib.
Qeyd edək ki, ABŞ və Rusiya prezidentlərinin görüşü iyunun 16-da Cenevrədə keçiriləcək. Dövlət başçılarının strateji sabitlik, pandemiya ilə mübarizə, beynəlxalq çağırış və regional münaqişələri müzakirə edəcəklər.
Bizim.Media