ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Suriyanı “ələ keçirdiyinə” görə tərifləyib və onu "ağıllı insan" adlandırıb.
Bizim.Media xəbər verir ki, bu fikri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında səsləndirib.
Tramp jurnalistlərin Amerika qoşunlarının Suriyada qalıb-qalmayacağı sualına cavab verməkdən yayınıb və Türkiyənin Suriyadakı hərəkətlərinə diqqət çəkib.
Onun sözlərinə görə, Ərdoğan Ankaranın Suriyaya “2000 illik” tarixi marağını nəzərə alaraq strateji mövqe tutur:
"Türklər, demək olar ki, Suriyanı ələ keçiriblər. Onlar bu torpaqların arxasınca 2,000 il idi ki, gedirdilər".
Bizim.Media