Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Məlumata görə, zəlzələ nəticəsində 188 nəfər yaralanıb.
Qeyd edək ki, Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda 7.1 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar Nepal, Hindistan, Butan və Banqladeşdə də hiss olunub.
Bizim.Media