Kanadanın Kamlups şəhərində köhnə kilsənin internat məktəbinə aid ərazidə 215 uşağın sümük qalıqları aşkar edilib.
Bizim.Media xəbər verir ki, sümük qalıqları tapılan uşaqların bəzilərinin 3 yaşında olduğu məlum olub.
Sümük qalıqlarına rast gələn mütəxəssislər mənzərədən şoka düşdüklərini deyiblər. 2, 3 və 4 yaşlarında olan uşaqların ölümləri barədə bu günə qədər heç yerdə açıqlanmadığı qeyd edilib.
Bölgədə qazıntı işlərinin hələ də davam etdiyi vurğulanıb. Kanada Baş naziri Justin Trudeau hadisəni ürək ağrısı ilə qarşılayıb. O, bu qədər uşağın hansı səbəbdən öldüyünün müəyyənləşdiriləcəyinə söz verib.
Bizim.Media