İsrail Hərbi Hava Qüvvələri son günlər Qəzza zolağında 100-dən çox hərbi obyektə hücum edib və onlarla HƏMAS üzvünü öldürüb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında deyilir.
Məlumata görə, bu hücum Fələstin anklavından İsrailə qarşı davam edən raket hücumlarına cavab olaraq həyata keçirilib.
“HƏMAS terror təşkilatı həftəsonu Qəzza zolağından İsrailə doğru bir neçə raket və mərmi atıb.
Nəticədə İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında 100-dən çox hədəfə hücum edib və onlarla HƏMAS terrorçusunu məhv edib”,- deyə ordu xidməti məlumat yayıb.
Bizim.Media