Ukrayna müdafiə qüvvələri Kursk bölgəsində bir neçə istiqamətdə əks-hücuma keçib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko özünün Telegram səhifəsində yazıb.
Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak da Teleqram səhifəsində Ukrayna qüvvələrinin Rusiya ərazisindəki uğurlarını qeyd edib.
“Kursk bölgəsindən yaxşı xəbər, Rusiya layiq olduğu cavabı alır”, - deyə Yermak əlavə edib.
Bizim.Media