Bu gün İranın Fars əyalətində təlim təyyarəsi Xəramə şəhərindəki bataqlığa təcili eniş edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Tasnim News” məlumat yayıb
Məlumata görə, təcili enişə səbəb quşun təlim təyyarəsinin pərvanəsi ilə toqquşması olub.
Qeyd olunub ki, pilot və köməkçi pilotun səhhəti yaxşıdır. Təyyarə isə xilasetmə maşını ilə təlim bölgəsinə aparılıb.
Bizim.Media