ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Fox News” telekanalının jurnalisti Temmi Bryusun Dövlət Departamentinin mətbuat xidmətinin yeni rəhbəri olacağını bildirib.
Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, Tramp bu barədə “Truth” sosial səhifəsində yazıb.
“Temmi Bryusun dövlət katibliyinə namizəd Marko Rubionun, Dövlət Departamentinin mətbuat katibi vəzifəsinə qoşulacağını elan etməkdən şərəf duyuram”, - Tramp qeyd edib.
O bildirib ki, Temmi çox uzun müddətdir ki, mediada işləyir və iyirmi ildən artıqdır ki, Amerika vətəndaşlarına həqiqəti çatdırır. “Əminəm ki, o, eyni inam gücünü və qorxmaz ruhunu yeni roluna gətirəcək”.
Bizim.Media