Rusiyanın Belqorod və Voronej vilayətlərində Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Moskva vaxtı ilə saat 11:40-dan 14:40-a kimi növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində üç ədəd, həmçinin Voronej vilayəti üzərində də üç ədəd PUA vurub”, - məlumatda qeyd edilib.
Bizim.Media