ABŞ Prezidenti Co Baydenin qolunda və çənəsində ləkələr peyda olub.
Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Daily Mail” nəşri yazıb.
Sözügedən izlər Baydenin dünən Ağ Evdə çıxışı zamanı diqqət çəkib.
Nəşr sözügedən ləkələrin ciddi xəstəliyə işarə edə biləcəyini yazıb. Bundan əlavə, izləyicilərdən biri 82 yaşlı prezidentin əlinin üzərindəki ləkənin tünd bənövşəyi rəngdə olduğunu qeyd edərək, bunun makiyajla örtülmüş əzik izi ola biləcəyini bildirib.
Bizim.Media