Yanvarın 2-dən 3-nə keçən gecə Rusiya hərbçiləri Kiyevin bir neçə rayonuna pilotsuz uçuş aparatları ilə hücum ediblər.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Nikolay Kalaşnik və şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko birgə məlumat veriblər.
Belə ki, Brovarı rayonuna hücum nəticəsində yük maşını zədələnib, 25 yaşlı sürücü həyatını itirib.
Fastovski rayonunda 23 yaşlı qız dronun qalıqlarının düşməsi nəticəsində yaralanıb. Belotserkovski rayonunda isə dörd fərdi yaşayış binası və bir yardımçı tikiliyə zərər dəyib, üç nəfər yaralanıb.
Bizim.Media