Xəbər verdiyimiz kimi, dünən Monteneqronun Setinye şəhərində kafelərin birində baş vermiş silahlı insident nəticəsində yeddi nəfər ölüb.
Bizim.Media xəbər verir ki, artıq hadisəni törədən şəxsin kimliyi bəlli olub.
Belə ki, Ako Martinoviç adlı silahlı şəxs axşam saatlarında Setinye şəhərindəki kafeyə gələrək insanlara atəş açmağa başlayıb.
Hücum edən şəxs hadisə yerindən qaçıb. Hazırda yerli polis onu axtarır.
Xatırladaq ki, hücum nəticəsində ölənlərdən 2-si 11 və 7 yaşlı uşaqlardır. Bundan əlavə, 4 nəfər yaralanıb.
Bizim.Media