Estoniyanın keçmiş Prezidenti Arnold Ruutel 97 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Postimees” qəzeti məlumat yayıb.
Bildirilib ki, Ruutel dekabrın 31-i axşam Tallində dünyasını dəyişib. Dekabrın sonunda sabiq Prezident ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, ölümünün səbəbi açıqlanmayıb.
Ruutel 2001-2006-cı illərdə Estoniya Prezidenti vəzifəsində çalışıb.
Bizim.Media