Ukrayna prezidenti Volodimir Zelenski Daxili İşlər Nazirliyinin zabiti Andrey Tupikovu Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əks-kəşfiyyat idarəsinin rəisi təyin edib.
Bizim.Media Ukrayna Prezident Aparatının rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Zelenski fərman imzalayıb.
Qeyd edək ki, Tupikov əvvəllər Ukrayna Daxili İşlər Nazirliyində (DİN) mayor rütbəsi ilə xidmət edib. O, 2015-ci ildə döyüşdə göstərdiyi şəxsi şücaətə görə “Daniil Qalitski” ordeni ilə təltif edilib.
Bu təyinata qədər isə Tupikov Ukrayna Milli Qvardiyasının Baş İdarəsinin xüsusi əməliyyatlar şöbəsinin analitik xidmətinin rəhbəri vəzifəsini tutub.
Onun yaxın vaxtlarda vəzifəsinin icrasına başlayacağı gözlənilir.
Bizim.Media