İsveçrə 2026-ci ildə ATƏT-ə sədrlik edəcək.
Bizim.Media bu barədə təşkilatın saytına istinadən xəbər verir ki, İsveçrənin quruma sədrliyinin mürəkkəb dövrə təsadüf etdiyi vurğulanıb.
“İsveçrə bu mühüm vəzifəni çox mürəkkəb bir siyasi şəraitdə həyata keçirəcək” – deyə, rəsmi məlumatda qeyd edilib.
Qeyd edək ki, İsveçrə tarixində üçüncü dəfə bu mötəbər quruma rəhbərliyi həyata keçirəcək. Xatırladaq ki, gələn il quruma sədrlik funksiyasını Filandiya öz üzərinə götürəcək.
Bizim.Media