Almaniyanın Ştutqart şəhərində birmühərrikli kiçik təyyarə qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Spiegel” qəzeti məlumat yayıb.
Bildirilib ki, 77 yaşlı pilotun “Cessna” markalı təyyarəni hava limanına endirmək cəhdi qatı duman səbəbindən uğursuz olub. Qəza nəticəsində pilot və 70 yaşlı sərnişin xəsarət alıb.
Hadisə ilə əlaqədar hava limanında uçuş əməliyyatları saat yarım ərzində dayandırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media