Vardanyanın cinayət işi məhkəməyə GÖNDƏRİLDİ

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan Respublikası və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı cinayət işinin istintaqı aparılıb.

Bizim.Media Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğunun yaydığı birgə məlumata istinadən xəbər verir ki, Rusiya Federasiyasının vətəndaşı olmuş, hazırda Ermənistan Respublikasının vətəndaşı olan, Rusiya Federasiyasında “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben Karlenoviç 2023-cü il sentyabrın 25-də Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib. 2023-cü il sentyabrın 27-də saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan olunub.
 

Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və qanunsuz silahlı birləşmələri əhatə edən cinayətkar birlikdə, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılmasında və fəaliyyətinin təşkilində iştirak edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub.


Bildirilib ki, istintaq müddətində təqsirləndirilən şəxsin müdafiə hüququ, bildiyi dildən istifadə etmək və digər prosessual hüquqları təmin edilib. Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib.

İbtidai istintaqın başa çatması barədə təqsirləndirilən şəxs Ruben Vardanyana və cinayət prosesinin digər iştirakçılarına məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib.

Cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 2024-cü il dekabrın 28-də təsdiq edilərək, baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncə Şəhər Psixiatriya Xəstəxanasına baş həkim TƏYİN EDİLDİ

Gəncə Şəhər Psixiatriya Xəstəxanasına baş həkim TƏYİN EDİLDİ

Hər gün bu meyvələrdən yeyilməlidir

Hər gün bu meyvələrdən yeyilməlidir

"Bitcoin"in qiyməti rekord dərəcəyə yaxınlaşır

"Bitcoin"in qiyməti rekord dərəcəyə yaxınlaşır

Ehtiram Hüseynovun qızının toyu oldu - Video

Ehtiram Hüseynovun qızının toyu oldu - Video

Tək cızıq kifayətdir: Pişiklərdən insanlara keçən göbələk növü aşkar edildi

Tək cızıq kifayətdir: Pişiklərdən insanlara keçən göbələk növü aşkar edildi

Xalq artisti Rasim Balayev alqışlarla son mənzilə yola salındı - VİDEO

Xalq artisti Rasim Balayev alqışlarla son mənzilə yola salındı - VİDEO

Ucarda ağır QƏZA: Xəsarət alan var

Ucarda ağır QƏZA: Xəsarət alan var

Rasim Balayev dəfn olundu – VİDEO

Rasim Balayev dəfn olundu – VİDEO

30 mart-5 aprel tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

30 mart-5 aprel tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər SAXLANILDI

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər SAXLANILDI

Mart ayı bitmədən "bağçaya corab atın" çağırışı

Mart ayı bitmədən "bağçaya corab atın" çağırışı

Azərbaycanda şəkər və qənd istehsalı ARTIB

Azərbaycanda şəkər və qənd istehsalı ARTIB

Səhvlərdən doğan milyard dollarlıq ideyalar

Səhvlərdən doğan milyard dollarlıq ideyalar

Tətilin son günü - Sabahdan məktəblərdə dərslər BAŞLAYIR

Tətilin son günü - Sabahdan məktəblərdə dərslər BAŞLAYIR

Ötən gün ölkədə 9 avtomat silahı aşkarlanıb

Ötən gün ölkədə 9 avtomat silahı aşkarlanıb

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq İMZALADI

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq İMZALADI

Baş nazir Rasim Balayevlə vida mərasimində - FOTO/VİDEO

Baş nazir Rasim Balayevlə vida mərasimində - FOTO/VİDEO

"Çox evlənəndə belə olur"

"Çox evlənəndə belə olur"

Daşkəsəndə yolda sürüşmə baş verdi – FOTO/VİDEO

Daşkəsəndə yolda sürüşmə baş verdi – FOTO/VİDEO

“Rasim Balayev dərdini gizlətdi və son nəfəsinə qədər güclü qaldı" - Hacı İsmayılov

“Rasim Balayev dərdini gizlətdi və son nəfəsinə qədər güclü qaldı" - Hacı İsmayılov

Şəhid Adəm Heydərovun doğum günündə xatirəsi ehtiramla yad edildi – FOTO

Şəhid Adəm Heydərovun doğum günündə xatirəsi ehtiramla yad edildi – FOTO

“Babək" filminin “Buğday”ı: “Rasim Balayevə çox şey borcluyam"

“Babək" filminin “Buğday”ı: “Rasim Balayevə çox şey borcluyam"

Güclü yağışdan sonra Bakı küçələri yuyuldu – FOTO

Güclü yağışdan sonra Bakı küçələri yuyuldu – FOTO

Apreldə varlanacaq 3 bürc – pul axını başlayır

Apreldə varlanacaq 3 bürc – pul axını başlayır

End of content

No more pages to load

RADİO