“Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Rusiya prezidenti Vladimir Putinlə görüşü gözləyəcəm”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib.
Tramp Putinin onunla tez bir zamanda görüşmək istədiyini bildirib.
ABŞ-ın yeni lideri Rusiya-Ukrayna münaqişəsini dəhşətli adlandırıb və həmçinin təkrarlayıb ki, Ağ Evin hazırkı rəhbəri Co Baydenin yerinə prezident olsaydı, bu, baş verməzdi.
Bizim.Media