Almaniya Bundestaqı növbədənkənar iclas zamanı kansler Olaf Şoltsa etimad göstərməyib.
Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki, iclasda 733 deputatdan 207-si Şoltsun lehinə, 394-ü isə əleyhinə səs verib.
116 deputat seçki zamanı bitərəf qalıb. Nəticədə ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruriliyi yaranıb.
Nəticələr barədə ölkə Prezidenti Frank-Valter Ştaynmayerə məlumat veriləcək.
Bizim.Media