Bəşər Əsədin devrilməsi ilə nəticələnən əməliyyata Türkiyə qatılmayıb.
Bizim.Media xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Hakan Fidan deyib.
"Türkiyə bu prosesin bir parçası olmayıb. "Heyət Təhrir əl-Şam" və digər müxalif qruplar tərəfindən əməliyyat başlayandan sonra biz bunun mümkün olan qansız, problemsiz şəkildə həyata keçirilməsi üçün intensiv səylər göstərdik. Lakin heç bir ölkə və ya qrupla birgə bu planda iştirak etmədik”. “Ekonomim” qəzeti nazirin sözlərindən sitat gətirib.
Bizim.Media