Rusiya Təhsil və Elm Nazirliyinin şöbə müdiri Oleq Çurilov faciəvi şəkildə dünyasını dəyişib.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, Moskvanın Leninqradski prospektində avtomobil 51 yaşlı Çurilovu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, O. Çurilov nazirliyin Texnoloji Sahibkarlığın İnkişafı və Texnologiyaların Transferi Departamentinin rəhbəri olub. O, 2022-ci ilin aprel ayından sözügedən şöbəyə rəhbərlik edib.
Bizim.Media