Latakiyada Bəşər Əsədin qardaşı Mahir Əsədin tutulduğu ehtimal edilir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Azad İran" "Telegram" kanalı yayıb.
Məlumata əsasən, müxalifət qüvvələri Latakiyanın Əl-Rəbia qəsəbəsindəki fermada bir qrup zabiti mühasirəyə alıblar. İddialara görə, həmin şəxslər arasında Bəşər Əsədin qardaşı Mahir Əsəd də olub.
Qeyd edək ki, Mahir Əsəd Bəşər Əsədin kiçik qardaşıdır.
Bizim.Media