Danimarka, Norveç, Çexiya, Belçika və Finlandiyanın hakimiyyət orqanları suriyalı qaçqınların sığınacaq müraciətlərinin qəbulunu dayandırır.
Bizim.Media xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Bildirilib ki, Danimarkanın Qaçqınlar Şurası ölkədəki qeyri-müəyyən vəziyyətə görə Suriyadan gələnlərin işlərinə baxılmasını dayandırmaq qərarına gəlib. Norveç İmmiqrasiya İdarəsi isə vəziyyət normallaşana qədər suriyalıların işlərinə baxılmasını dayandırmaq niyyətində olduğunu açıqlayıb.
Bizim.Media