Prezident Yun Sok Yol dövlətə xəyanət edib? - Cənubi Koreya prokurorluğundan AÇIQLAMA

Cənubi Koreya prokurorluğu hərbi vəziyyət elanı qərarı ilə ölkəni siyasi xaosa salan Prezident Yun Sok Yolu dövlətə xəyanətdə şübhəli şəxs elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə hərbi vəziyyət məsələsinə görə yaradılmış xüsusi istintaq komissiyasının rəhbəri Park Se Hyun açıqlama verib.

O, məsələ ilə əlaqədar bir neçə şikayət qeydə alındığını, prokurorluğun Prezident Yun Sok Yola qarşı irəli sürülən xəyanət və səlahiyyətlərdən sui-istifadə ittihamlarını araşdırdığını deyib.

Dekabrın 7-də daxili işlər naziri Li Sanq Minin də istefa ərizəsini təqdim etdiyinə dair məlumat yayılıb.

Artıq hərbi vəziyyət məsələsinə görə sabiq müdafiə naziri Kim Yonq-Hyun saxlanılıb. Hərbi vəziyyətin elan olunmasını Prezidentə müdafiə nazirinin təklif etdiyi güman olunur.
 

Kim Yonq-Hyun hərbi vəziyyət rejimində iğtişaşlara görə məsuliyyəti öz üzərinə götürərək dekabrın 5-də istefa verib. Artıq onun ofisində və evində axtarış aparılıb. Sabiq nazirin hərbi vəziyyət saatlarında ölkənin nüfuzlu siyasətçilərinin həbs olunmasına göstəriş verdiyi iddia edilir. Hərbi vəziyyətin tətbiqində yol verilmiş zorakılıq hallarına görə 3 general vəzifəsindən azad edilib.


Bundan başqa, hərbi prokurorluq həmin 3 general da daxil olmaqla, dövlətə xəyanətdə şübhəli bilinən yüksək rütbəli 10 hərbçinin ölkədən çıxışını qadağan etmək üçün Ədliyyə Nazirliyinə müraciət edib.

Hakim “Xalqın Gücü” Partiyasının rəhbəri Han Donq Hun jurnalistlərə açıqlamasında siyasi xaosu minimuma endirmək üçün Prezidentin nizamlı gedişinə çalışacaqlarını, prosesi proqnozlaşdırılan və şəffaf şəkildə davam etdirmək üçün əsas müxalifət olan Demokratiya Partiyası ilə məsləhətləşəcəyini söyləyib. “Yun istefa edənə qədər faktiki olaraq vəzifə səlahiyyətlərindən uzaqlaşdırılacaq və Baş nazir partiya ilə məsləhətləşərək dövlət işləri ilə məşğul olacaq", - deyə partiya lideri bildirib. 

O, bu fikirləri dekabrın 6-da axşam saatlarında parlamentdə baş tutmayan prezidentin impiçmenti cəhdindən sonra bildirib.

Hakim partiyanın boykotu səbəbindən baş tutmayan impiçment cəhdindən sonra əsas müxalifət qüvvə olan Demokratiya Partiyası isə Prezident Yun Sok Yolun dərhal həbs olunmasına və araşdırılmasına çağırış edib. Əsas müxalifət hakim partiyanın baş nazirin dövlət işlərinə rəhbərlik etmək planını qətiyyətlə rədd edib.

Müxalifətdən olan deputat Kim Min Seok prezidentin vəzifəsindən kənarlaşdırılmasının konstitusiyaya uyğun yeganə proses olduğunu deyib. Müxalifət prezidentin vəzifədən kənarlaşdırılacağına qədər hər həftə impiçment məsələsini parlamentdə müzakirəyə çıxaracağını bəyan edib.
 

Qeyd edək ki, Prezident Yun Sok Yol müxalifəti qiyamın hazırlanmasına yönəlmiş anti-dövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Hərbi vəziyyət ölkədə müxalifət ilə yanaşı, sadə vətəndaşların da etirazına səbəb olub.


Bu səbəbdən ordu və təhlükəsiz qüvvələri ilə insanlar arasında toqquşmalar qeydə alınıb. Müxalifətdən olan deputatlar ordunun və təhlükəsizlik qüvvələrinin müqavimətinə baxmayaraq, qısa zamanda parlamentə toplaşaraq hakim partiyanın deputatlarının iştirak etmədiyi gizli səsvermədə prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul ediblər.

Hərbi vəziyyətin elan olunmasından təxminən 6 saat sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib.

Amma Demokratiya Partiyası başda olmaqla, müxalifət bununla kifayətlənməyərək, Prezidentin impiçmenti prosesinə start vermişdi. Dekabrın 7-də parlamentin xüsusi iclasında hakim partiyanın deputatlarının çox hissəsinin iştirak etməməsi ilə əlaqədar yetərsay olmadığı üçün impiçment reallaşmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Messi Zambiyaya qarşı meydana çıxacaq

Messi Zambiyaya qarşı meydana çıxacaq

Paytaxtın 555 küçəsi yuyulub - FOTO

Paytaxtın 555 küçəsi yuyulub - FOTO

Şəmkirdə 18 yaşlı oğlanın meyiti TAPILDI

Şəmkirdə 18 yaşlı oğlanın meyiti TAPILDI

Münhen klubunu TƏRK EDƏCƏK

Münhen klubunu TƏRK EDƏCƏK

Üç möcüzə üçün BUNU YEYİN

Üç möcüzə üçün BUNU YEYİN

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

İran Hörmüz boğazından keçən gəmilər üçün gömrük rüsumları tətbiq etməyi PLANLAŞDIRIR

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

Rasim Balayevin OĞLU: “Son nəfəsində yanında ola bilmədim” - VİDEO

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

İranda müharibə nə zaman bitəcək? - Ağ Evdən AÇIQLAMA

Millimiz Maltaya UDUZDU

Millimiz Maltaya UDUZDU

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

“"Konum" söhbəti olmayanda yaxşı idi" - Taksi sifarişlərində niyə ünvanlar səhv düşür? - VİDEO

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

Azərbaycan millisinə mükafat təqdim olundu - VİDEO

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

“İran Ukraynanı özünə qarşı aqressiyanın iştirakçısı hesab edir”

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Millimiz FİFA seriyasının qalibi oldu - VİDEO

Goranboyda AĞIR QƏZA

Goranboyda AĞIR QƏZA

End of content

No more pages to load

RADİO