Avropa İttifaqının (Aİ) səfirləri Rusiyaya qarşı 15-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin istinad etdiyi diplomatların sözlərinə görə, Aİ-nin iki üzv ölkəsi Avropa şirkətlərinə Rusiyadan sərmayələri geri çəkmək üçün verilən müddətin uzadılması ilə bağlı fikir ayrılıqlarına görə paketin qəbuluna mane olub.
Söhbətin hansı ölkələrdən getdiyimizi qurum dəqiqləşdirmir.
Bizim.Media