Amerikanın Kaliforniya ştatında yerləşən Disneylənd əyləncə parkındakı restoranların birində dünyanın ən bahalı sendviçi satışa çıxarılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Business İnsider" nəşri məlumat yayıb.
Tərkibi vetçina, kolbasa, qurudulmuş pomidor, pendir və marinara sousundan ibarət olan sendviçin qiyməti isə 99,9 dollar (təxminən 170 manat) olacaq.
Sözügedən fəst-fud 6-8 nəfər üçün nəzərdə tutulub. Sendviç üçün bir nəfərin payına düşən məbləğ isə 14,49 dollar olacaq. (axsam.az)
Bizim.Media