Trampın Ağ Evə qayıdışı dünya siyasətində nəyi DƏYİŞƏCƏK? – TƏHLİL

Amerikali milyarder Donald Tramp yenidən Ağ Evə qayıdır. O, qayıdışı ərəfəsində sensasion sayılacaq bəyanatlar verir. Bu bəyanatların bir çoxu ABŞ-dan daha çox dünya dövlətlərini və xalqlarını maraqlandıran məsələlərlə bağlıdır.

Trampın 7 əsas vədi

Tramp ilk işinin sənədsiz miqrantları deport etmək olacağını deyib. O, həmçinin özünün ilk prezidentliyi dövründə Meksika ilə sərhəddə hörülməyə başlayan divarın başa çatdırılmasına da söz verib.

İkinci vədsə iqtisadiyyatla bağlıdır. Tramp “inflyasiyanı sonlandırmağa” söz verib. Nəzərə alaq ki, ABŞ-da inflyasiya prezident Co Baydenin dönəmində yüksək səviyyələrə qalxıb.

Üçüncü vədsə iqlim qaydalarının məhdudlaşdırılması ilə bağlıdır. Nəzərə alaq ki, ilk prezidentliyi dövründə Tramp yüzlərlə ətraf mühitin mühafizəsi proqramını geri götürmüşdü və ən başlıcası ABŞ Paris İqlim Sazişindən çıxan ilk ölkə olmuşdu. O bu siyasətini davam etdirəcəyini Amerika avtomobil sənayesinə kömək etmək üçün qaydaları məhdudlaşdırmağa söz verib. Tramp Arktika bölgəsi kimi əraziləri neft kəşfiyyatına açmağı və beləliklə də, enerji xərclərini azaltmağı hədəfləyir.

Trampın dördüncü vədi isə abort qadağasına "yox" deyəcəyidir. Bəzi tərəfdarlarının istəklərinə zidd olsa da, Tramp milli abort qadağasını imzalamayacağını bildirib. Qeyd edək ki, 2022-ci ildə ABŞ-da bütün ölkə üzrə abort etmək hüququ Ali Məhkəmə tərəfindən ləğv edildi.

Beşinci vəd ondan ibarətdir ki, Prokuror Jak Smit vəzifəsindən qovulacaq. Nəzərə alaq ki, Smit Trampa qarşı iki cinayət təhqiqatını aparıb.

Altıncı vəd isə o olmuşdu ki, Tramp Co Baydenin 2020-ci ildəki seçki qələbəsini ləğv etmək üçün Konqres binasına hücuma görə cəza alan bəzi tərəfdarlarını azad edəcək.

Nəhayət yeddinci vəd Ukrayna müharibəsinin dayandırılması ilə bağlıdır.
 

Tramp vədlərini yerinə yetirə biləcəkmi?

Nəzərə alaq ki, seçki kampaniyası zamanı bir çox vədlər birbaşa auditoriyaya hesablanır. Seçkidən sonra o vədlərin çoxu sadəcə unudulur. Üstəlik, nəzərə alaq ki, ABŞ super dövlətdir.

Ona görə də hər prezident istədiyi kimi idarəçilik sistemi qura bilmir. Ən yaxşı halda hansısa qanunun qəbuluna və yaxud ləğvinə nail olur. Amma ölkənin prioritetləri prezidentlər üçün toxunulmaz sahələrdir. Ona görə də Trampın seçki öncəsi əsas 7 vədinin bir çoxunun icrası onun imkanları xaricindədir. Məsələn, o prokuror Smiti işdən qovdura, 2020-ci il seçkilərində həbs edilən tərəfdaşlarının azadlığına nail ola ola bilər. Hətta abortun qadağasını da aradan qaldıra bilər. Amma bundan o tərəfə gedə bilməz.

Məsələn, sənədsiz miqrantların tamamilə ABŞ-dan çıxarılması qeyri-mümkündür. Çünki qanunsuz miqrantlar ilk növbədə Amerikadakı əmək bazarında xüsusi pay sahibidirlər. Aşağı maaşlı və ağır işləri əsasən miqrantlar görür. Sabah miqrantlar ölkədən çıxarılsa aşağı gəlirli və çətin işdə heç bir amerikalı işləməyəcək. Üstəlik, miqrantlar mövzusu siyasi məsələdir. Böyük dövlətlər bundan bəzi ölkələrə təzyiq aləti kimi istifadə edir. Ona görə də Tramp ancaq bundan sonra miqrantların gəlişini bir qədər çətinləşdirə bilər.

Trampın infilyasiyanın qarşısını alması da mümkünsüz kimi görünür. Çünki infilyasiya bütün dünyanı bürüyb. Amerika iqtisadiyyatı da dünya iqtisadiyyatının bir hissəsidir. Hələ onu demirik ki, Trampın prezident kimi ABŞ-dakı qiymətlərə birbaşa təsir gücü çox məhduddur. O, həmçinin geniş vergi endirimləri vəd edib. O, bəxşişlərdən vergini götürməyi, həmçinin sosial sığorta ödənişləri üzrə verginin ləğv edilməsini və koorporativ verginin kəsilməsini təklif edib.

Tramp, eyni zamanda ticarət kəsirini azaltmaq üçün əksər xarici mallara ən azı 10 faiz yeni rüsumlar təklif edib. O, Çindən idxala əlavə 60 faiz rüsum tətbiq edə biləcəyini də bildirib.

Lakin iqtisadçılar belə addımların sadə insanlar üçün qiymətləri artıra biləcəyi barədə xəbərdarlıq ediblər.

İqlim qaydalarının məhdudlaşdırılması vədi də inandırıcı görünmür.

İlk prezidentliyi dövründə Tramp yüzlərlə ətraf mühitin mühafizəsi proqramını geri götürmüşdü və ABŞ Paris İqlim Sazişindən çıxan ilk ölkə olmuşdu. Bu dəfə o yenidən Amerika avtomobil sənayesinə kömək etmək üçün qaydaları məhdudlaşdırmağa söz verib.

Tramp hətta Arktika bölgəsi kimi əraziləri neft kəşfiyyatına açmağı və beləliklə də, enerji xərclərini azaltmağı hədəfləyir. Lakin ekspertlər buna şübhə ilə yanaşırlar.

O ki qaldı Ukraynada müharibəni  bitirmək məsələsinə…

Bu da inandırıcı görünmür. Ən yaxşı halda Tramp Ukrayna-Rusiya münaqişəsini donduracaq və atəşkəs müqaviləsi bağlanacaq. Və problemin dondurulmasına çalışılacaq. Əslində, ABŞ-ın xarici siyasətində bu məsələyə yanaşma belədir ki, bu münaqişə uzun müddət davam etsin. Pis variantsa odur ki, münaqişə dondurulsun. Beləcə Vaşinqtonun həm Rusiyaya, həm də Ukraynaya təsir imkanları qalmış olacaq. Amma Trampın bütün müharibələri bitirmək kimi bir lüksü yoxdur. Çünki digər bölgələrdə münaqişələrin olması Ağ Evin tamamailə maraqlarına uyğundur. Çünki bu münaqişələrdən ABŞ həm iqtisadi, həm də siyasi dividendlər qazanır.

Bəs, 2025-ci ildə dünya düzənində nələr dəyişəcək?

İlk növbədə Ukrayna Rusiya müharibəsində nisbi sakitlik yaranacaq. Bu ssenari Yaxın Şərq üçün də keçərlidir. İsraillə Fələstin və Livan arasında atəşkəs razılığı qəbul edilə bilər. Amma İsraillə İran arasındakı söz savaşı davam edəcək.

Ümumiyyətlə, növbəti ildə dünyadakı qaynar nöqtələr səngiyəcək. Amma heç bir münaqişə sonlanmayacaq. Çünki respublikaçılar daha çox iqtisadi müharibələrdə maraqlıdır. Nəzərə alaq ki, son 30 ildə respublikaçıların hakimiyyətdə olduqları dönəmlərdə heç bir mühaibə başladılmayıb. Amma heç bir münaqişə də sonlandırılmayıb. Respublikaçılar daha çox iqtisadi maraqları önə sürüblər. Ona görə də yaxın 4 ildə biz daha çox ABŞ-Çin arasında iqtisadi savaşlara şahidlik edəcəyik.

Bu da təsadüfi deyil. Çünki Çin dünyanın əsas əmtəəçisidr. Ona görə də Trampın əsas hədəfi Çinin sürətli inkişafına əngəl olmaqdır.

Bəs, o bu istəyinə nail ola biləcəkmi?

Bunu artıq zaman göstərəcək.

Surxay Atakişiyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

Türkiyə TARİXİNDƏ İLK: 20 milyardlıq kibercinayətkarlıq əməliyyatı…

Türkiyə TARİXİNDƏ İLK: 20 milyardlıq kibercinayətkarlıq əməliyyatı…

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

End of content

No more pages to load

RADİO