Moldovanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Lilian Darius ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
“Moldovada keçirilən prezident seçkilərində ATƏT/DTİHB-nin monitorinq missiyası çərçivəsində rəsmi Kişinyovun rusiyalı qısamüddətli müşahidəçilərə qarşı qeyri-dost diskriminasiya xarakterli hərəkətləri ilə bağlı səfirə kəskin etiraz bildirilib”, - məlumatda qeyd edilib.
Bizim.Media